Surə 28 · Cüz 20

Al-Qasas · 28:75

وَنَزَعْنَا مِنْ كُلِّ أُمَّةٍ شَهِيدًا فَقُلْنَا هَاتُوا بُرْهَانَكُمْ فَعَلِمُوا أَنَّ الْحَقَّ لِلَّهِ وَضَلَّ عَنْهُمْ مَا كَانُوا يَفْتَرُونَ

75. Biz hər ümmətdən bir şa­hid çı­xar­dacaq və: “Dəlili­ni­zi gə­ti­rin!”– deyə­cəyik. Onlar bi­lə­cəklər ki, haqq yalnız Alla­ha məxsus­dur. Uydur­duqları büt­lər isə onları qoyub gedə­cək­lər.

Təfsir

Biz hər ümmətdən, etdikləri küfrə və yalan saymalarına şahidlik edən öz peyğəmbərlərini şa­hid gətirəcək və o ümmətlərdən yalan sayanlara: "Haydı etdiyiniz küfrə və yalan saydığınıza görə hüccət və dəlili­ni­zi gə­ti­rin görək!"– deyə­cəyik. Bu zaman onların hüccət və dəlilləri qırılacaq və heç bir şübhə olmayan haqqın yalnız Alla­ha aid olduğunu bi­lə­cəklər. Beləliklə də, özlərindən uydurduqları büt­lər onları qoyub gedə­cək­lər!

Oxuyucuda aç - Surəni tam oxu