Surə 28 · Cüz 20
Al-Qasas · 28:79
فَخَرَجَ عَلَىٰ قَوْمِهِ فِي زِينَتِهِ ۖ قَالَ الَّذِينَ يُرِيدُونَ الْحَيَاةَ الدُّنْيَا يَا لَيْتَ لَنَا مِثْلَ مَا أُوتِيَ قَارُونُ إِنَّهُ لَذُو حَظٍّ عَظِيمٍ
79. Qarun öz zinəti içində xalqının qarşısına çıxdı. Dünya həyatını arzulayanlar dedilər: “Kaş ki, Qaruna verilənin bənzəri bizə də veriləydi! Həqiqətən, o, böyük qismət sahibidir”.
Təfsir
Biz gün Qarun öz zinəti içində təmtəraqla, özünü göstərərək xalqının qarşısına çıxdı. Bu zaman dünya həyatının zinətinə tamah edən Qarunun əshabından bəziləri belə dedilər: "Kaş ki, Qaruna verilən dünya zinətinin bənzəri bizə də veriləydi! Həqiqətən, Qarun, dünya nemətlərindən yetəri qədər böyük bir paya sahibdir!"