Surə 28 · Cüz 20

Al-Qasas · 28:46

وَمَا كُنْتَ بِجَانِبِ الطُّورِ إِذْ نَادَيْنَا وَلَٰكِنْ رَحْمَةً مِنْ رَبِّكَ لِتُنْذِرَ قَوْمًا مَا أَتَاهُمْ مِنْ نَذِيرٍ مِنْ قَبْلِكَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ

46. Biz Musanı çağırdığımız zaman da sən Tur dağının yanında de­yil­din. Lakin səndən əvvəl öz­lərinə xəbərdar edən pey­ğəm­bər gəl­mə­miş bir tayfanı xəbər­dar edəsən deyə, Rəbbin­dən bir mər­hə­mət ola­raq səni pey­ğəmbər göndərdik ki, bəlkə, dü­şünüb anlayalar.

Təfsir

Biz Musanı çağırdığımız və ona vəhy etdiyimiz zaman da sən Tur dağının yanında de­yil­din ki, orada olan hadisəni bilib və bunu olduğu kimi Məkkə əhlinə xəbər verəsən. Lakin Biz səndən əvvəl öz­lərinə xəbərdar edən pey­ğəm­bər gəl­mə­miş bir tayfanı, onlara söylədiklərindən öyüd-nəsihət alib və Allah qatından onlara gətirdiklərinə iman edib sənə tabe olmaları üçün onun xəbər­ini sənə vəhy etdik!

Oxuyucuda aç - Surəni tam oxu