Surə 28 · Cüz 20
Al-Qasas · 28:45
وَلَٰكِنَّا أَنْشَأْنَا قُرُونًا فَتَطَاوَلَ عَلَيْهِمُ الْعُمُرُ ۚ وَمَا كُنْتَ ثَاوِيًا فِي أَهْلِ مَدْيَنَ تَتْلُو عَلَيْهِمْ آيَاتِنَا وَلَٰكِنَّا كُنَّا مُرْسِلِينَ
45. Lakin Biz Musadan sonra neçə-neçə nəsil yaratdıq və onlar uzun ömür sürdülər. Sən Mədyən sakinləri arasında olub ayələrimizi onlara oxumurdun. Lakin elçiləri Biz göndəririk.
Təfsir
Lakin Biz Musadan sonra neçə-neçə ümmətlər və nəsillər yaratdıq. Ancaq aradan üzün müddət keçmə səbəbi ilə Allahın şəriəti unuduldu. Sən Mədyən xalqı ilə birgə yaşamırdın ki, onların başlarına gələn əhvalatı bilib və bunu olduğu kimi Məkkə əhlinə xəbər verəsən. Lakin Biz səni öz dərgahımızdan peyğəmbər olaraq göndərib, sənə Musanın xəbərini və onun Mədyəndə yaşamasını vəhy etdik. Beləliklə də, sən, bu barədə Uca Allahın sənə vəhy etdiklərini insanlara xəbər verdin!