Surə 28 · Cüz 20

Al-Qasas · 28:44

وَمَا كُنْتَ بِجَانِبِ الْغَرْبِيِّ إِذْ قَضَيْنَا إِلَىٰ مُوسَى الْأَمْرَ وَمَا كُنْتَ مِنَ الشَّاهِدِينَ

44. Biz Musaya əmri yerinə yetir­mə­yi tapşırdıqda sən da­ğın qərb tərəfində deyildin. Sən bu­na şahid olanlardan da de­yil­din.

Təfsir

Ey Peyğəmbər! Biz Musaya - aleyhisəlam - peyğəmbərlik bəxş edib, ona, Firon və onun qövmünün yanına getməsini tapşırdığımız zaman sən Musaya nisbətdə da­ğın qərb tərəfində deyildin. Sən bu­na şahid olanlardan da de­yil­din ki, orada olan hadisəni olduğu kimi bilib və bunu insanlara xəbər verəsən. Sənin insanlara bu haqda söylədiklərin yalnız Allahdan sənə nazil olan vəhy sayəsindədir!

Oxuyucuda aç - Surəni tam oxu