Surə 28 · Cüz 20

Al-Qasas · 28:43

وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ مِنْ بَعْدِ مَا أَهْلَكْنَا الْقُرُونَ الْأُولَىٰ بَصَائِرَ لِلنَّاسِ وَهُدًى وَرَحْمَةً لَعَلَّهُمْ يَتَذَكَّرُونَ

43. Biz əvvəlki nəsilləri məhv etdik­dən sonra Musaya insan­lar üçün açıq-aydın dəlillər, doğ­ru yol göstəricisi və rəhmət ola­raq Ki­tab verdik ki, bəlkə, dü­şünüb ibrət alsınlar.

Təfsir

Biz, keçmiş ümmətlərə peyğəmbərlərimizi göndərdik, onlar isə özlərinə göndərilən peyğəmbərləri yalan saydılar. Biz də onların peyğəmbərlərimizi yalan sayma səbəbindən hamısını məhv etdik­ və bunun ardından Musaya İsrail oğullarının yaxşı işlər görüb, pis işlərdən uzaq durmaları üçün onlara doğru yolu göstərən, dünay və axirət xeyirlərini özündə cəm edən Tövratı verdik ki, bəlkə onlar, bununla Uca Allahın onlara bəxş etdiyi nemətlərini xatırlasınlar və buna görə Allaha şükür edib, iman etsinlər!

Oxuyucuda aç - Surəni tam oxu