Surə 28 · Cüz 20
Al-Qasas · 28:47
وَلَوْلَا أَنْ تُصِيبَهُمْ مُصِيبَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ فَيَقُولُوا رَبَّنَا لَوْلَا أَرْسَلْتَ إِلَيْنَا رَسُولًا فَنَتَّبِعَ آيَاتِكَ وَنَكُونَ مِنَ الْمُؤْمِنِينَ
47. Özlərinin etdikləri əməllərə görə onlara bir müsibət üz verdikdə: “Ey Rəbbimiz! Nə üçün bizə bir peyğəmbər göndərmədin ki, biz də Sənin ayələrinə tabe olub möminlərdən olaq?”– deməsəydilər, səni peyğəmbər göndərməzdik.
Təfsir
Etdikləri küfr və günahlara görə onlara ilahi bir əzab üz verdikdə, onlar dərhal özlərinə bir peyğəmbər göndərilmədiyini dəlil gətirərək belə deyəcəkdilər: "Ey Rəbbimiz! Kaş, bizə bir peyğəmbər göndərəydin, biz də Sənin ayələrinə tabe olub, əməl edərdik və beləliklə də Rəbbimizin əmrlərinə əməl edən möminlərdən olardıq!" Əgər belə olmasaydı, Biz onları cəzalandırmağa tələsərdik. Lakin Biz onların, özlərinə bəhanə gətirməmələri üçün onalara peyğəmbər göndərilən müddətə qədər əzabı gecikdirdik.