Surə 28 · Cüz 20

Al-Qasas · 28:19

فَلَمَّا أَنْ أَرَادَ أَنْ يَبْطِشَ بِالَّذِي هُوَ عَدُوٌّ لَهُمَا قَالَ يَا مُوسَىٰ أَتُرِيدُ أَنْ تَقْتُلَنِي كَمَا قَتَلْتَ نَفْسًا بِالْأَمْسِ ۖ إِنْ تُرِيدُ إِلَّا أَنْ تَكُونَ جَبَّارًا فِي الْأَرْضِ وَمَا تُرِيدُ أَنْ تَكُونَ مِنَ الْمُصْلِحِينَ

19. Musa ikisinin də düş­mə­ni olan kəsi (misirlini) ya­xa­la­maq is­tə­dikdə o dedi: “Ey Mu­sa! Sən dünən birini vu­rub öl­dürdüyün ki­mi, məni də öl­dür­mək­mi istəyirsən? Sən yer üzün­də ancaq bir zülm­kar ol­maq is­təyirsən. Sən islah edən­lərdən olmaq istə­mir­sən”.

Təfsir

Musa - aleyhissəlam - özünə və İsrail oğullarından olan kişiyə düşmən olan qibtini ya­xa­la­maq is­tə­diyi zaman, İsrail oğullarından olan kişi Musanın: "Doğrudan da sən, açıq-aşkar bir azğınsan"- dediyini eşidib, Musanın onu yaxalamaq istədiyini zənn edərək Musaya belə dedi: "Ey Mu­sa! Dünən bir kişini vu­rub öl­dürdüyün ki­mi, bu gün də məni elə öl­dür­mək­ istəyirsən? Sən heç də düşmən olan insanlar arasında islah edən kimsələrdən biri deyilsən. Sən ancaq yer üzün­də insanları öldürən və onlara zülüm edən zalım bir kimsə ol­maq is­təyirsən!"

Oxuyucuda aç - Surəni tam oxu