Surə 28 · Cüz 20
Al-Qasas · 28:18
فَأَصْبَحَ فِي الْمَدِينَةِ خَائِفًا يَتَرَقَّبُ فَإِذَا الَّذِي اسْتَنْصَرَهُ بِالْأَمْسِ يَسْتَصْرِخُهُ ۚ قَالَ لَهُ مُوسَىٰ إِنَّكَ لَغَوِيٌّ مُبِينٌ
18. Səhəri gün qorxu içində ətrafa göz qoya-qoya şəhərə çıxdı. Birdən dünən onu köməyə çağıran kəs yenə fəryad qoparıb onu köməyə çağırdı. Musa ona: “Sən, doğrudan da, açıq-aşkar yolunu azmışın birisən!”– dedi.
Təfsir
Musa o qibtini öldürdükdən sonra qorxu içində, nələr olacağını gözləyərək, ətrafa göz qoya-qoya şəhərə çıxdı. Bir də gördü ki, dünən qibtilərdən olan düşməninə qarşı ondan yardım istəyən kimsə, bu gün başqa bir qibtiyə qarşı ona yardım etməyə çağırır. Bunu görən Musa ona: "Şübhəsiz ki sən, açıq-aşkar yolunu azmışın birisən!" – dedi.