Surə 28 · Cüz 20

Al-Qasas · 28:20

وَجَاءَ رَجُلٌ مِنْ أَقْصَى الْمَدِينَةِ يَسْعَىٰ قَالَ يَا مُوسَىٰ إِنَّ الْمَلَأَ يَأْتَمِرُونَ بِكَ لِيَقْتُلُوكَ فَاخْرُجْ إِنِّي لَكَ مِنَ النَّاصِحِينَ

20. Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi: “Ey Musa! Za­dəganlar səni öldür­mək barəsində məşvərət edir­­lər. Çıx get! İnan ki, mən sənin yaxşı­lı­ğını istəyənlərdənəm!”

Təfsir

Musanın qibtini öldürməsi xəbəri bütün şəhərə yayıldıqda, şəhərin kənarından bir kişi, Musanın düşmənləri tərəfindən ələ keçməsindən qorxaraq tələm-tələsik Musanın yanına gəlib ona belə dedi: "Ey Musa! Firon qövmünün za­dəganları hal-hazırda səni öldür­mək üçün məşvərət edir­­lər. Tez bu şəhəri tərk edib, buradan çıx get! İnan ki, mən sənin yaxşı­lı­ğını istəyənlərdən və səni tutub öldürmələri üçün sənə nəsihət edənlərdənəm!"

Oxuyucuda aç - Surəni tam oxu