Surə 27 · Cüz 20
An-Naml · 27:74
وَإِنَّ رَبَّكَ لَيَعْلَمُ مَا تُكِنُّ صُدُورُهُمْ وَمَا يُعْلِنُونَ
74. Şübhəsiz ki, sənin Rəbbin onların qəlblərinin gizli saxladıqlarını və onların aşkar etdiklərini bilir.
Təfsir
Şübhəsiz ki, sənin Rəbbin, qullarının qəlblərində gizli saxladıqlarını da və aşkar etdiklərini də bilir. Bu işdə Ona heç bir şey gizli qalmaz. Allah qiyamət günü onların dünyada ikən etdikləri əməllərin mükafatını verəcəkdir!