Surə 27 · Cüz 20
An-Naml · 27:75
وَمَا مِنْ غَائِبَةٍ فِي السَّمَاءِ وَالْأَرْضِ إِلَّا فِي كِتَابٍ مُبِينٍ
75. Göydə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-məhfuzda) olmasın.
Təfsir
Göylərdə və yerdə insanlara gizli qalan hər bir şeyin elmi açıq-aydın kitabda yazılmışdır. Bu kitab, Lövhi-məhfuzdur.