Surə 27 · Cüz 20
An-Naml · 27:73
وَإِنَّ رَبَّكَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَشْكُرُونَ
73. Həqiqətən, sənin Rəbbin insanlara qarşı lütfkardır, lakin onların əksəriyyəti naşükürdür.
Təfsir
Ey Peyğəmbər! Həqiqətən, sənin Rəbbin insanlara qarşı lütfkardır, onlar, Allaha qarşı küfür və günahlar etməsinə baxmayaraq yenə də Allah onlara əzab verməyə tələsməz. Lakin insanların əksəriyyəti Allahın onlara verdiyi nemətlərə görə Allaha şükür etməzlər.