Surə 25 · Cüz 19
Al-Furqan · 25:59
الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ ۚ الرَّحْمَٰنُ فَاسْأَلْ بِهِ خَبِيرًا
59. O, göyləri, yeri və onların arasındakıları altı gündə yaratdı, sonra da Ərşə ucaldı. O, Mərhəmətli Allahdır. Bunu biləndən soruş!
Təfsir
O, göyləri, yeri və onların arasındakı bütün məxluqatı altı gündə yaradan, sonra da calalına layiq bir şəkildə yüksəlib ərşə isteva edən Rəhmandır. Ey Peyğəmbər! Bunu hər bir şeydən xəbərdar olan Allahdan soruş. O, hər şeyi biləndir. Ona heç bir şey gizli qalmaz!