Surə 25 · Cüz 19
Al-Furqan · 25:60
وَإِذَا قِيلَ لَهُمُ اسْجُدُوا لِلرَّحْمَٰنِ قَالُوا وَمَا الرَّحْمَٰنُ أَنَسْجُدُ لِمَا تَأْمُرُنَا وَزَادَهُمْ نُفُورًا ۩
60. Onlara: “Mərhəmətli Allaha səcdə edin!”– deyildikdə: “Mərhəmətli Allah nədir? Məgər bizə əmr etdiyin şeyə səcdə etməliyik?”– deyərlər. Bu da onların nifrətini artırar.
Təfsir
Kafirlərə: "Rəhmana səcdə edin!" – deyildikdə: "Biz Rəhmana səcdə edən deyilik! Rəhman nədir? Biz nə onu tanıyır, nə də ki, iqrar edirik. Biz onun nə olduğunu bilmədiyimiz bir halda, sən bizə əmr etdiyin bir şeyəmi səcdə edəcəyik?!" – deyərlər. Peyğəmbərin (səllallahu aleyhi və səlləm) onlara Allaha səcdə etmə əmiri onları Allahdan daha da uzaqlaşdırdı.