Surə 25 · Cüz 19
Al-Furqan · 25:58
وَتَوَكَّلْ عَلَى الْحَيِّ الَّذِي لَا يَمُوتُ وَسَبِّحْ بِحَمْدِهِ ۚ وَكَفَىٰ بِهِ بِذُنُوبِ عِبَادِهِ خَبِيرًا
58. Ölməz, əbədi Yaşayana təvəkkül et və Onu həmd-səna ilə təriflə. Onun Öz qullarının günahlarından agah olması kifayətdir.
Təfsir
Ey Peyğəmbər! Bütün işlərində, ölməz və daima diri olan Allaha təvəkkül et. Pak və müqəddəs olan Rəbbinin şəninə həmd-səna ilə təriflər de. Uca Allahın Öz qullarının günahlarından agah olması kifayətdir. Onların günahlarından Allaha heç bir şey gizlin qalmaz. Uca Allah etdiyiniz əməllərin əvəzini sizə verəcəkdir.