Surə 25 · Cüz 18

Al-Furqan · 25:20

وَمَا أَرْسَلْنَا قَبْلَكَ مِنَ الْمُرْسَلِينَ إِلَّا إِنَّهُمْ لَيَأْكُلُونَ الطَّعَامَ وَيَمْشُونَ فِي الْأَسْوَاقِ ۗ وَجَعَلْنَا بَعْضَكُمْ لِبَعْضٍ فِتْنَةً أَتَصْبِرُونَ ۗ وَكَانَ رَبُّكَ بَصِيرًا

20. Səndən öncəki elçiləri­miz də ye­mək yeyər, bazarları gə­zib do­lanar­dı­lar. Sizin bəzi­lə­ri­nizi digərlərinizlə sınağa çəkdik ki, görək səbir edə bilə­cək­sinizmi? Sənin Rəbbin Gö­rəndir.

Təfsir

Ey Peyğəmbər! Səndən öncəki göndərdiyimiz bütün elçiləri­miz də ye­mək yeyər, bazarlarda gə­zib do­laşardı­lar. Bunu edən sən ilk peyğəmbər deyilsən. Ey İnsanlar! Sizin bəzi­lə­ri­nizi digərlərinizə zənginlik, fəqirlik, sağlamlıq və xəstəlik səbəbi ilə sınağa çəkdik ki, görək siz səbir edə bilə­cək­sinizmi?! Əgər buna səbir edə bilsəniz, Allah, səbir etdiyinizə görə bunun mükafatını sizə verəcəkdir. Sənin Rəbbin, səbir edənlə səbir etməyəni, Ona itaət edənlə itaət etməyəni gö­rəndir.

Oxuyucuda aç - Surəni tam oxu