Surə 25 · Cüz 18

Al-Furqan · 25:19

فَقَدْ كَذَّبُوكُمْ بِمَا تَقُولُونَ فَمَا تَسْتَطِيعُونَ صَرْفًا وَلَا نَصْرًا ۚ وَمَنْ يَظْلِمْ مِنْكُمْ نُذِقْهُ عَذَابًا كَبِيرًا

19. Kafirlərə deyiləcək: “On­lar sizin dediklərinizi yalan hesab et­di­lər. Artıq siz nə əzabı özü­nüz­dən dəf edə bilər, nə də başqa bir əla­c tapa bilərsiniz. Zülm edən­lə­ri­ni­zə böyük bir əzab dad­dı­racağıq”.

Təfsir

Ey müşriklər! Allahdan başqa ibadət etdiyiniz bütlər artıq sizin dediklərinizi yalan hesab et­di­lər. Aciz qaldığınız səbəbdən nə əzabı özü­nüz­dən dəf edə bilərsiz, nə də başqası sizi əzabdan xilas etmək üçün sizə bir əla­c tapa bilər. Ey Möminlər! Sizdən kim Allaha şərik qoşaraq özünə zülüm edən­sə, müşriklərə dadırdığımız əzab kimi onda böyük bir əzab dad­dı­rarıq!

Oxuyucuda aç - Surəni tam oxu