Surə 25 · Cüz 18
Al-Furqan · 25:18
قَالُوا سُبْحَانَكَ مَا كَانَ يَنْبَغِي لَنَا أَنْ نَتَّخِذَ مِنْ دُونِكَ مِنْ أَوْلِيَاءَ وَلَٰكِنْ مَتَّعْتَهُمْ وَآبَاءَهُمْ حَتَّىٰ نَسُوا الذِّكْرَ وَكَانُوا قَوْمًا بُورًا
18. Onlar deyəcəklər: “Sən pak və müqəddəssən! Sənin əvəzinə özümüzə başqa himayədarlar götürmək bizə yaraşmaz. Lakin Sən onlara və atalarına o qədər firavanlıq nəsib etdin ki, axırda Zikri də yaddan çıxartdılar və məhvə məhkum olunmuş bir zümrəyə çevrildilər”.
Təfsir
Allahdan başqa ibadət edilənlər belə deyəcəklər: "Ey Rəbbimiz! Sən, Sənin ortağın və ya şərikin olmasından pak və müqəddəssən! Səndən başqa özümüzə himayədarlar götürmək bizə yaraşmaz. Belə olduğu bir halda, necə ola bilər ki, biz Sənin qullarını, Səndən başqasına ibadət etməyə dəvət edək?! Lakin Sən bu müşriklərə və onlardan öncə atalarına, qəfildən onları əzabla yaxalamaq üçün o qədər dünya ləzzətlərində dadırıb, firavan həyat nəsib etdin ki, axırda onlar Səni yada salmağıda yaddan çıxarıb, Səndən başqasına ibadət etdilər və beləcə azğınlıqları səbəbindən məhvə məhkum olunmuş bir qövmə çevrildilər!"