Surə 25 · Cüz 19
Al-Furqan · 25:21
۞ وَقَالَ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَنَا لَوْلَا أُنْزِلَ عَلَيْنَا الْمَلَائِكَةُ أَوْ نَرَىٰ رَبَّنَا ۗ لَقَدِ اسْتَكْبَرُوا فِي أَنْفُسِهِمْ وَعَتَوْا عُتُوًّا كَبِيرًا
21. Bizimlə qarşılaşacaqlarını güman etməyənlər dedilər: “Nə üçün bizə mələklər göndərilmədi? Niyə biz Rəbbimizi görmürük?” Onlar özləri haqqında yüksək fikirdə oldular və böyük üsyankarlıq etdilər.
Təfsir
Bizimlə qarşılaşmağı ümid etməyən və əzabımızdan qorxmayan kafirlər belə dedilər: "Kaş, Allah bizə mələkləri edirərək və ya Rəbbimizi açıq-aşkar görərək bizlərə Muhəmmədin doğru danışdığı barədə xəbər verəydi?" Təkəbbürlük onların qəlbində o qədər böyüdü ki, hətta bu, onların iman gətirmələrinə mane olacaq dərəcəyə qədər çatdı və beləliklə də, bu söylədikləri sözlər səbəbindən küfrdə və azğınlıqda həddi aşdılar.