Surə 24 · Cüz 18
An-Nur · 24:63
لَا تَجْعَلُوا دُعَاءَ الرَّسُولِ بَيْنَكُمْ كَدُعَاءِ بَعْضِكُمْ بَعْضًا ۚ قَدْ يَعْلَمُ اللَّهُ الَّذِينَ يَتَسَلَّلُونَ مِنْكُمْ لِوَاذًا ۚ فَلْيَحْذَرِ الَّذِينَ يُخَالِفُونَ عَنْ أَمْرِهِ أَنْ تُصِيبَهُمْ فِتْنَةٌ أَوْ يُصِيبَهُمْ عَذَابٌ أَلِيمٌ
63. Peyğəmbəri, öz aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın. Allah sizin aranızdan daldalanaraq xəlvətcə çıxıb gedənləri bilir. Qoy onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar.
Təfsir
Ey Möminlər! Allahın Rəsuluna sayğı göstərib, ona hörmətlə yanaşın! Onu çağırdığınız zaman bir-birinizi çağırdığınız kimi adı ilə, "Ey Muahmməd!" və ya atasının adı ilə, "Ey Abdullahın oğlu!" – deyərək çağırmayın. Lakin onu, "Ey Allahın rəsulu, Ey Allahın peyğəmbəri"– deyərək çağırın. Allahın rəsulu sizi bir işə çağırdığı zaman onun çağırışını bir-birinizin çağırışı kimi adi bir çağırış kimi qəbul etməyin. Əksinə, onun çağırışına icabət etməkdə tələsin. Allah aranızda, izin almadan gizlicə çıxıb gedənləri bilir. Qoy Peyğəmbərin - sallallahu aleyhi və səlləm - əmrinə qarşı çıxanlar, Allahın onları bəlaya və müsibətə mübtəla etməsindən, yaxud özlərinə səbir edə bilməyəcəkləri ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar.