Surə 24 · Cüz 18
An-Nur · 24:64
أَلَا إِنَّ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ قَدْ يَعْلَمُ مَا أَنْتُمْ عَلَيْهِ وَيَوْمَ يُرْجَعُونَ إِلَيْهِ فَيُنَبِّئُهُمْ بِمَا عَمِلُوا ۗ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
64. Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. O sizin nə əməl sahibi olduğunuzu və qullarının Onun hüzuruna qaytarılacaqları günü bilir. Allah onlara nə etdiklərini bildirəcək. Allah hər şeyi bilir.
Təfsir
Bilin ki, yaratma, sahib olma və idarə etmə baxımından göylərdə və yerdə nə varsa hamısı, Uca Allaha məxsusdur. Ey İnsanlar! O sizin hansı əməl üzərində olduğunuzu çox yaxşı bilir. Bu işdə Ona heç bir şey gizli qalmaz. Qiyamət günü -öldükdən sonra dirildilərək Onun hüzuruna döndüyünüzdə- O sizlərə dünyada ikən etdiyiniz əməlləri xəbər verəcəkdir. Allah hər şeyi biləndir. Göylərdə və yerdə heç bir şey Ona gizli qalmaz.