Surə 24 · Cüz 18
An-Nur · 24:62
إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ آمَنُوا بِاللَّهِ وَرَسُولِهِ وَإِذَا كَانُوا مَعَهُ عَلَىٰ أَمْرٍ جَامِعٍ لَمْ يَذْهَبُوا حَتَّىٰ يَسْتَأْذِنُوهُ ۚ إِنَّ الَّذِينَ يَسْتَأْذِنُونَكَ أُولَٰئِكَ الَّذِينَ يُؤْمِنُونَ بِاللَّهِ وَرَسُولِهِ ۚ فَإِذَا اسْتَأْذَنُوكَ لِبَعْضِ شَأْنِهِمْ فَأْذَنْ لِمَنْ شِئْتَ مِنْهُمْ وَاسْتَغْفِرْ لَهُمُ اللَّهَ ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
62. Möminlər ancaq Allaha və Onun Elçisinə iman gətirən kimsələrdir. Onlar ümumi bir işə görə Peyğəmbərlə bir yerdə olduqda ondan izin almamış heç yerə getmirlər. Səndən izin istəyənlər, sözsüz ki, Allaha və Onun Elçisinə iman gətirənlərdir. Əgər onlar bəzi işləri üçün səndən izin istəsələr, onlardan istədiyin kəsə izin ver və onlar üçün Allahdan bağışlanma dilə. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
Təfsir
İmanlarında sadiq olan möminlər yalnız Allaha və Onun Rəsuluna iman gətirən kimsələrdir. Onlar müsəlmanların ümumi bir işinə görə (cihad, cümə xütbəsi, məsləhət-məşvərət) Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) bir yerə toplandıqda, oradan ayrılmaq üçün ondan izin almadan oradan ayrılmazlar. Ey Peyğəmbər! Səndən ayrılıb getmək üçün izin istəyənlər, Allaha və Onun Rəsuluna həqiqi mənada iman gətirən möminlərdir. Əgər onlar bəzi işlərini həll etmək üçün səndən izin istəsələr, onlardan istədiyin kəsə izin ver və onların günahları üçün Allahdan bağışlanma dilə. Həqiqətən, Allah qullarından Ona tövbə edənləri bağışlayandır və onlara qarşı rəhmlidir.