Surə 24 · Cüz 18

An-Nur · 24:61

لَيْسَ عَلَى الْأَعْمَىٰ حَرَجٌ وَلَا عَلَى الْأَعْرَجِ حَرَجٌ وَلَا عَلَى الْمَرِيضِ حَرَجٌ وَلَا عَلَىٰ أَنْفُسِكُمْ أَنْ تَأْكُلُوا مِنْ بُيُوتِكُمْ أَوْ بُيُوتِ آبَائِكُمْ أَوْ بُيُوتِ أُمَّهَاتِكُمْ أَوْ بُيُوتِ إِخْوَانِكُمْ أَوْ بُيُوتِ أَخَوَاتِكُمْ أَوْ بُيُوتِ أَعْمَامِكُمْ أَوْ بُيُوتِ عَمَّاتِكُمْ أَوْ بُيُوتِ أَخْوَالِكُمْ أَوْ بُيُوتِ خَالَاتِكُمْ أَوْ مَا مَلَكْتُمْ مَفَاتِحَهُ أَوْ صَدِيقِكُمْ ۚ لَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَنْ تَأْكُلُوا جَمِيعًا أَوْ أَشْتَاتًا ۚ فَإِذَا دَخَلْتُمْ بُيُوتًا فَسَلِّمُوا عَلَىٰ أَنْفُسِكُمْ تَحِيَّةً مِنْ عِنْدِ اللَّهِ مُبَارَكَةً طَيِّبَةً ۚ كَذَٰلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَعْقِلُونَ

61. Kora, ço­lağa, bir də xəs­təyə günah gəlməz. Si­zin özü­nüzə də öz evləriniz­də, yaxud ata­­larınızın evlərində, yaxud ana­la­rı­nı­zın ev­lərində, yaxud qar­daşla­rınızın ev­lə­rində, ya­xud bacı­ları­nı­zın evlə­rində, ya­­xud əmilərinizin evlərin­də, ya­xud bi­biləri­nizin ev­lərin­də, ya­xud dayı­ları­nı­zın evlərində, ya­xud xalalarınızın evlə­rin­də, ya­xud açarları əllərinizdə olan ev­lərdə, yaxud dostları­nızın ev­lə­rində ye­mək yeməkdə heç bir günah gəlməz. Bir yerdə, ya­xud ay­rı-ayrılıqda yemək ye­mə­yi­niz­də də sizə heç bir günah gəl­məz. Ev­­lərə daxil ol­duğu­nuz zaman özü­nüzü Allah tərə­fin­dən müba­rək və çox xoş bir sa­lamla salam­layın. Allah ayə­lə­rini sizə belə izah edir ki, başa düşəsiniz.

Təfsir

Bacarmadığları üçün Allah yolunda cihad kimi bəzi öhdəlikləri yerinə yetirə bilməyən kor kimsəyə, ço­lağa, bir də xəs­təyə günah gəlməz. Ey Möminlər! Eyni şəkildə evləriniz­də və ya övladlarınızın evlərində yaxud ata­­larınızın evlərində, yaxud ana­la­rı­nı­zın ev­lərində, yaxud qar­daşla­rınızın ev­lə­rində, ya­xud bacı­ları­nı­zın evlə­rində, ya­­xud əmilərinizin evlərin­də, ya­xud bi­biləri­nizin ev­lərin­də, ya­xud dayı­ları­nı­zın evlərində, ya­xud xalalarınızın evlə­rin­də, ya­xud bağ-bağçanın qorunması sizə həvalə edilən ev­lərdə, yaxud könül xoşluğu ilə dostları­nızın ev­lə­rində ye­mək yeməkdə sizə heç bir günah gəlməz. Bir yerdə, ya­xud ay­rı-ayrılıqda yemək ye­mə­yi­niz­də də sizə heç bir günah gəl­məz. Yuxarıda sadalanan evlərə və ya başqa ev­­lərə daxil ol­duğu­nuz zaman ev sakinlərinə: "Əssəlamu aleykum" - deyərək sa­lam verin. Əgər daxil olduğunuz evlərdə heç kimsə olmazsa bu zaman: "Əssəlamu aleynə va alə ibədilləhis-salihin" - deyərək özünüzə sa­lam verin. Bu salam, aranızda bir-birinizə qarşı sevği və mehriban münasibət yaydığı və bu salamı eşidənində könlü xoş olduğu üçün Allah yanında sizin üçün sevib seçilən, mübarək bir salamdır. Uca Allah bu surədə salamı sizə izah etdiyi kimi diğər ayələrinidə açıq-aydın bir şəkildə izah edər ki, bəlkə, başa düşüb əməl edəsiniz.

Oxuyucuda aç - Surəni tam oxu