Surə 24 · Cüz 18
An-Nur · 24:38
لِيَجْزِيَهُمُ اللَّهُ أَحْسَنَ مَا عَمِلُوا وَيَزِيدَهُمْ مِنْ فَضْلِهِ ۗ وَاللَّهُ يَرْزُقُ مَنْ يَشَاءُ بِغَيْرِ حِسَابٍ
38. Bu ona görədir ki, Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın. Allah istədiyinə hesabsız ruzi verir.
Təfsir
Onlar, dünyada ikən bu əməllərini, Allah onların etdikləri əməllərin ən gözəli mükafatı ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın deyə etmişdilər. Allah istədiyi quluna, etdikləri əməllərin müqabilində hesabsız ruzi verir. Bəzəndə bu ruzini onlara üçün qat-qat artırar.