Surə 24 · Cüz 18
An-Nur · 24:39
وَالَّذِينَ كَفَرُوا أَعْمَالُهُمْ كَسَرَابٍ بِقِيعَةٍ يَحْسَبُهُ الظَّمْآنُ مَاءً حَتَّىٰ إِذَا جَاءَهُ لَمْ يَجِدْهُ شَيْئًا وَوَجَدَ اللَّهَ عِنْدَهُ فَوَفَّاهُ حِسَابَهُ ۗ وَاللَّهُ سَرِيعُ الْحِسَابِ
39. Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər. O öz yanında Allahı tapar. O da onun cəzasını verər. Allah tez haqq-hesab çəkəndir.
Təfsir
Allaha iman etməyib kafir olanların etdikləri əməllərin heç bir savabı yoxdur. Bunun misalı, susamış bir kimsənin səhrada qızmar günəş altında nə isə görüb onu su zənn etdiyi ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edərək ona tərəf tələsərək gedər sonda ona yetişdikdə isə orada su olmadığını görən bir kimsənin misalına bənzər. Bax, kafir kimsə də belədir. O, əməllərinin özünə fayda verəcəyini zənn edər hətta ölüb yenidən dirildikdə isə əməllərinin savabı olmadığını və öz qarşısında Rəbbini və Rəbbi də ona əməllərinin hesabını kamil bir şəkildə verdiyini görər. Allah tez haqq-hesab çəkəndir.