Surə 24 · Cüz 18

An-Nur · 24:37

رِجَالٌ لَا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَنْ ذِكْرِ اللَّهِ وَإِقَامِ الصَّلَاةِ وَإِيتَاءِ الزَّكَاةِ ۙ يَخَافُونَ يَوْمًا تَتَقَلَّبُ فِيهِ الْقُلُوبُ وَالْأَبْصَارُ

37. O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr et­mək­dən, na­maz qılmaq­dan və zəkat verməkdən ya­yın­dır­mır. On­lar qəlb­lərin və göz­lə­rin çev­ri­lə­cəyi bir gündən qor­xurlar.

Təfsir

O kişilər ki, nə alış-veriş, nə də ticarət onları Allahı zikr et­mək­dən, na­mazı vaxtı-vaxtında, kamil bir şəkildə qılmaq­dan, mallarının zəkatını, zəkata layiq insanlara verməkdən ya­yın­dırmaz və onlar Qiyamət gününün əzabından qorxarlar. Qiyamət günü, on­ların qəlb­ləri əzabdan qurtulmaq arzusu ilə əzaba düşmək qorxusu arasında çarəsiz bir halda qaldıqları və Qiyamətin dəhşətli mənzərəsindən göz­lə­rin çev­ri­lə­cəyi bir gündür.

Oxuyucuda aç - Surəni tam oxu