Surə 24 · Cüz 18

An-Nur · 24:31

وَقُلْ لِلْمُؤْمِنَاتِ يَغْضُضْنَ مِنْ أَبْصَارِهِنَّ وَيَحْفَظْنَ فُرُوجَهُنَّ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا مَا ظَهَرَ مِنْهَا ۖ وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَىٰ جُيُوبِهِنَّ ۖ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا لِبُعُولَتِهِنَّ أَوْ آبَائِهِنَّ أَوْ آبَاءِ بُعُولَتِهِنَّ أَوْ أَبْنَائِهِنَّ أَوْ أَبْنَاءِ بُعُولَتِهِنَّ أَوْ إِخْوَانِهِنَّ أَوْ بَنِي إِخْوَانِهِنَّ أَوْ بَنِي أَخَوَاتِهِنَّ أَوْ نِسَائِهِنَّ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُنَّ أَوِ التَّابِعِينَ غَيْرِ أُولِي الْإِرْبَةِ مِنَ الرِّجَالِ أَوِ الطِّفْلِ الَّذِينَ لَمْ يَظْهَرُوا عَلَىٰ عَوْرَاتِ النِّسَاءِ ۖ وَلَا يَضْرِبْنَ بِأَرْجُلِهِنَّ لِيُعْلَمَ مَا يُخْفِينَ مِنْ زِينَتِهِنَّ ۚ وَتُوبُوا إِلَى اللَّهِ جَمِيعًا أَيُّهَ الْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ

31. Mömin qadınlara da de ki, hara­ma baxma­yıb gözlərini aşağı dik­sinlər və cinsiyyət üzv­lərini zinadan qo­ru­sun­lar. Qoy onlar – gö­rünənlər is­tisna ol­maqla, zinət­lərini naməh­rə­mə göstər­məsinlər; ör­tüklərini ya­xalarının üs­tü­nə sal­sınlar; zi­nət­lərini ərlərindən, ya­xud ata­la­rından, yaxud ərlərinin atala­rından, yaxud öz oğul­ların­dan, yaxud ərlərinin oğullarından, yaxud qardaş­la­rından, yaxud qar­daşla­rı­nın oğulla­rın­dan, ya­xud bacıları­nın oğullarından, ya­xud öz müsəl­man qadınla­rın­dan, yaxud sahib olduqları kö­lə­lər­dən, yaxud ehti­rasını itir­miş kişi xidmət­çilərdən, ya­xud qa­dın­la­rın çılpaqlığını hələ an­lamayan uşaqlardan başqa­sına gös­tər­mə­sin­lər; gizlətdik­ləri zi­nət əşyaları bilinsin deyə ayaq­larını yerə vu­ra-vura yeri­mə­sin­lər. Ey iman gətirənlər! Hamı­nız Allaha tövbə edin ki, bəlkə nicat tapa­sınız.

Təfsir

Mömin qadınlara da de ki, baxışlarını özlərinə halal olmayan kimsələrə baxmaqdan çəkindirsinlər və ayıb yerlərini fahişə əməllərdən uzaq duraraq və örtərək qorusunlar. Qoy onlar üst paltarı kimi gö­rünə və örtülməsi mümkün olmayan zinət­ əşyalarını yad kişilərə göstər­məsinlər. Baş ör­tüklərini saçlarının, üzlərinin və boyun-boğazlarının üs­tü­nə sal­sınlar. Gizlində olan zinət əşlayarını ərlərindən, ya­xud ata­la­rından, yaxud qayınatalarından, yaxud öz oğul­ların­dan, yaxud ərlərinin oğullarından, yaxud qardaş­la­rından, yaxud qar­daşla­rı­nın oğulla­rın­dan, ya­xud bacıları­nın oğullarından, yaxud müsəlman və ya kafir olmasından aslı olmayaraq etibarlı qadınlardan, yaxud sahib olduqları kişi və ya qadın kö­lə­lər­dən, yaxud qadınlara ehtiyacı qalmayan kişi xidmət­çilərdən, ya­xud kiçikliyinə görə qa­dın­la­rın ayıb yerlərini hələ dərk etməyən uşaqlardan başqa­sına gös­tər­mə­sin­lər. Qadınlar, xalxallarını və gizlətdik­ləri başqa zi­nət əşyalarının bilinməsi üçün ayaq­larını yerə vu­ra-vura yeri­mə­sin­lər. Ey iman gətirənlər! Mətləbinizə yetişmək, qorduğunuz şeydən əmin olmaq üçün haram baxışlardan və bundan başqa olan günahlardan hamılıqla Allaha tövbə edin!

Oxuyucuda aç - Surəni tam oxu