Surə 24 · Cüz 18

An-Nur · 24:30

قُلْ لِلْمُؤْمِنِينَ يَغُضُّوا مِنْ أَبْصَارِهِمْ وَيَحْفَظُوا فُرُوجَهُمْ ۚ ذَٰلِكَ أَزْكَىٰ لَهُمْ ۗ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا يَصْنَعُونَ

30. Mömin kişilərə de ki, ha­rama bax­ma­yıb gözlərini aşağı dik­sin­lər və cin­siy­yət üzv­lə­ri­ni zi­nadan qorusunlar. Bu on­lar üçün da­ha təmiz olar. Şüb­həsiz ki, Allah onların nə et­dik­lərindən xə­bər­dar­dır.

Təfsir

Ey Peyğəmbər! Mömin kişilərə de ki, gözlərini onlara hala olmayan qadınlara və ayıb yerlərə bax­ma­qdan çəksinlər, cin­siy­yət üzv­lə­ri­ni harama düşməkdən və açmaqdan qorusunlar. Gözləri, Allahın həm haram etdiyi baxışlardan qorumaq, həm də cin­siy­yət üzv­lə­ri­ni qorumaq Allah yanında on­lar üçün da­ha təmiz və pakdır. Şüb­həsiz ki, Allah onların nə et­dik­lərindən xə­bər­dar­dır. Bu işdə Ona heç bir şey gizli qalmaz. Allah, etdikləri əməllərin əvəzini onlara verəcəkdir.

Oxuyucuda aç - Surəni tam oxu