Surə 24 · Cüz 18

An-Nur · 24:29

لَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَنْ تَدْخُلُوا بُيُوتًا غَيْرَ مَسْكُونَةٍ فِيهَا مَتَاعٌ لَكُمْ ۚ وَاللَّهُ يَعْلَمُ مَا تُبْدُونَ وَمَا تَكْتُمُونَ

29. İstifadə edə biləcəyiniz və yaşa­yış üçün olmayan ev­lə­rə izin­siz da­xil ol­maq sizin üçün günah deyildir. Allah sizin aş­kara çıxar­dığınızı da, gizlində sax­ladı­ğınızı da bilir.

Təfsir

Yaşa­yış üçün olmayan, idarələr, dükanlar, kitabkanalar və s. bu kimi insanların ümumi istifadəsi üçün hazırlanmış olan yerlərə izin­siz da­xil ol­maq sizin üçün günah deyildir. Uca Allah sizin aş­kara çıxar­dığınızı da, gizlində sax­ladı­ğınızı da bilir. Etdiyiniz əməllərdən Allaha heç bir şey gizli qalmaz. O, etdiyiniz əməllərin qarşılığını sizə verəcəkdir.

Oxuyucuda aç - Surəni tam oxu