Surə 24 · Cüz 18

An-Nur · 24:32

وَأَنْكِحُوا الْأَيَامَىٰ مِنْكُمْ وَالصَّالِحِينَ مِنْ عِبَادِكُمْ وَإِمَائِكُمْ ۚ إِنْ يَكُونُوا فُقَرَاءَ يُغْنِهِمُ اللَّهُ مِنْ فَضْلِهِ ۗ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ

32. Aranızdakı subay ki­şi­lə­ri və ərsiz qadınları, əməli­sa­leh kölə və kənizləri­nizi ev­ləndi­rin. Əgər onlar kasıbdırlar­sa, Allah öz lüt­fü ilə on­ları varlı edər. Allahın lütfü genişdir, O hər şeyi bi­lən­dir.

Təfsir

Ey möminlər! Aranızda, zövcələri olmayan ki­şi­lə­ri və ərləri olmayan azad qadınları, həmçinin, mömin olan kölə və kənizləri­nizi ev­ləndi­rin. Əgər onlar fəqirdirlərsə, Allah Öz geniş lüt­fü ilə on­ları varlı edər. O, bol ruzi sahibidir. Onu ruzisi bir kimsəni zənginləşdirməklə naqisləşməz. Allah qullarının nə etdiklərini bi­lən­dir.

Oxuyucuda aç - Surəni tam oxu