Surə 22 · Cüz 17
Al-Hajj · 22:77
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا ارْكَعُوا وَاسْجُدُوا وَاعْبُدُوا رَبَّكُمْ وَافْعَلُوا الْخَيْرَ لَعَلَّكُمْ تُفْلِحُونَ ۩
77. Ey iman gətirənlər! Rüku edin, səcdəyə qapanın, Rəbbinizə ibadət edərək yaxşı işlər görün ki, bəlkə nicat tapasınız.
Təfsir
Ey Allaha iman gətirib, Onun şəriətinə əməl edənlər! Namaz qıldıqda, Uca Allahın rizasını diləyərək yalnız Onun üçün rüku və səcdə edin. Sədəqə vermək, qohumluq əlaqələrini birləşdirmək və s. bu kimi yaxşı işlər görün ki, bəlkə mətləbinizə yetişib, qorxduğunuz şeydən canınızı qurtarasınız!