Surə 22 · Cüz 17

Al-Hajj · 22:78

وَجَاهِدُوا فِي اللَّهِ حَقَّ جِهَادِهِ ۚ هُوَ اجْتَبَاكُمْ وَمَا جَعَلَ عَلَيْكُمْ فِي الدِّينِ مِنْ حَرَجٍ ۚ مِلَّةَ أَبِيكُمْ إِبْرَاهِيمَ ۚ هُوَ سَمَّاكُمُ الْمُسْلِمِينَ مِنْ قَبْلُ وَفِي هَٰذَا لِيَكُونَ الرَّسُولُ شَهِيدًا عَلَيْكُمْ وَتَكُونُوا شُهَدَاءَ عَلَى النَّاسِ ۚ فَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَاعْتَصِمُوا بِاللَّهِ هُوَ مَوْلَاكُمْ ۖ فَنِعْمَ الْمَوْلَىٰ وَنِعْمَ النَّصِيرُ

78. Allah yolunda lazı­mın­ca cihad edin. O, sizi seçdi və ata­nız İb­rahi­min dinində oldu­ğu kimi, bu dində də sizin üçün heç bir çə­tin­lik yarat­madı. Pey­ğəmbər sizə, siz də insanlara şahid ola­sınız de­yə, Allah həm əvvəl nazil etdiyi kitablarda, həm də bu Kitabda sizi mü­­səl­man adlandırdı. Elə isə namaz qı­lın, zəkat verin və Allaha möh­­­kəm sarılın. O sizin Hima­yə­da­rı­nız­dır. O nə gözəl Hi­ma­yə­dar, nə gözəl Yardım­çı­dır!

Təfsir

Allahın rizasını umaraq Allah yolunda ixlasla cihad edin. O, bu din üçün məhz sizi seçdi və dininizi də çətinlik və məşəqqət olmayan rahat bir din etdi. Sizin bu dininiz, ata­nız İb­rahi­min - aleyhissəlam - dinindir. Pey­ğəmbər təbliğ etməklə sorumlu olduğu şeyləri sizə təbliğ edərək sizin üzərinizdə şahid olması və sizində keçmiş ümmətlərə peyğəmbərlərinin onlara təbliğ etdiyinə şahid olmanız üçün uca Allah keçmiş kitablarda və Quranda sizi mü­­səl­man adlandırmışdır. Elə isə namazı kamil şəkildə əda edərək, mallarınızın zəkatını verərək, Allaha pənah apararaq və bütün işlərinizdə Ona arxalanaraq Allaha şükür edin. Uca Allah möminlərdən Özünə dost tutanlar üçün nə gözəl hima­yə­da­r və Ondan yardım diləyənlər üçün nə gözəl yardım­çı­dır. Onu özünüzə dost edin ki, O sizin dostunuz olsun. Ondan yardım diləyin ki, O sizə yardım etsin!

Oxuyucuda aç - Surəni tam oxu