Surə 22 · Cüz 17
Al-Hajj · 22:76
يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ ۗ وَإِلَى اللَّهِ تُرْجَعُ الْأُمُورُ
76. Allah onların keçmişini və gələcəyini bilir. Bütün işlər Allaha qayıdır.
Təfsir
Uca Allah, mələklər və insanlardan olan elçilərini yaratmazdan öncə və onlar vəfat etdikdən sonra onların hansı halda olduqlarını yaxşı bilir. Qiyamət günü bütün işlər nəticə etibarilə Allaha dönəcəkdir. Məhz o gün Uca Allah, bütün qullarını yenidən dirildib, dünya da ikən etdikləri əməllərin əvəzini onlara verəcəkdir!