Surə 22 · Cüz 17
Al-Hajj · 22:75
اللَّهُ يَصْطَفِي مِنَ الْمَلَائِكَةِ رُسُلًا وَمِنَ النَّاسِ ۚ إِنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ
75. Allah mələklərdən də elçilər seçir, insanlardan da. Həqiqətən, Allah Eşidəndir, Görəndir!
Təfsir
Uca Allah həm mələklərdən? həm də insanlardan elçilər seçir. Uca Allah Cəbrail kimi bəzi mələkləri peyğəmbərlərə göndərir. Allah Cəbraili insanlar içindən seçilmiş elçilərə göndərmişdir. İnsanlardan olan elçiləri də insanlara peyğəmbər göndərir. Şübhəsiz ki, Uca Allah müşriklərin elçilər barədə nə söylədiklərini eşidəndir, risaləsi üçün kimin daha layiq olduğunu görəndir!