Surə 22 · Cüz 17

Al-Hajj · 22:74

مَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ ۗ إِنَّ اللَّهَ لَقَوِيٌّ عَزِيزٌ

74. Onlar Allahı lazımınca qiymət­lən­dirmədilər. Şübhəsiz ki, Allah Qüv­vətlidir, Qüdrət­lidir!

Təfsir

Müşriklər Allahın yaratdığı bəzi məxluqlara ibadət edərək uca Allahı lazımınca təzim edib, uca tutmadılar. Şübhəsiz ki, uca Allah qüv­vətlidir. Göyləri, yeri və onların arasında olanları yoxdan var edərək yaratması da, Onun güc və güvvətindəndir. Müşriklərin ibadət etdikləri heç bir şey yaratmayan, zəlil və zəyif bütlərin əksi olaraq, Uca Allah kimsənin qalib gələ bilməyəcəyi mütləq güc-güvvət və qüdrət sahibidir!

Oxuyucuda aç - Surəni tam oxu