Surə 22 · Cüz 17

Al-Hajj · 22:73

يَا أَيُّهَا النَّاسُ ضُرِبَ مَثَلٌ فَاسْتَمِعُوا لَهُ ۚ إِنَّ الَّذِينَ تَدْعُونَ مِنْ دُونِ اللَّهِ لَنْ يَخْلُقُوا ذُبَابًا وَلَوِ اجْتَمَعُوا لَهُ ۖ وَإِنْ يَسْلُبْهُمُ الذُّبَابُ شَيْئًا لَا يَسْتَنْقِذُوهُ مِنْهُ ۚ ضَعُفَ الطَّالِبُ وَالْمَطْلُوبُ

73. Ey insanlar! Sizə bir mə­səl çəki­lir. Onu dinləyin. Şüb­həsiz ki, Allah­dan başqa iba­dət etdikləriniz bir mil­çək belə yarada bil­məz­lər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər mil­çək on­lar­dan bir şey götürüb aparsa, bunu on­dan geri ala bilməzlər. İs­tə­yən də aciz qalar, istənilən də!

Təfsir

Ey insanlar! Sizə bir mə­səl çəki­lir, onu yaxşıca dinləyin və ondan ibrət alın. Şüb­həsiz ki, Allah­dan başqa iba­dət etdikləriniz bütlər və bunlardan qeyriləri, acizliyindən dolayı kiçik bir mil­çək belə yarada bil­məz­lər, hətta onlar bunun üçün bir araya gəlsələr belə. Əgər mil­çək bütlərin üstündə olan ətir və ya başqa bir şey götürüb aparsa, bunu on­dan geri ala bilməzlər. Beləliklə də, bütlərin kiçik bir milçək yaratmaqdan və milçəyin onların üstündən bir şey götürüb apardıqda onu milçəkdən qeri almaqdan aciz olduqları üçün ondan da daha böyük şeyləri yaratmağa aciz olduqları ortaya çıxdı. Belə olan bir halda - onların aciz olmalarına rəğmən - necə ola bilər ki, onlar, Allahdan başqasına ibadət edirlər? İs­tə­yən də, yəni: milçəyin ondan aldığı kiçik bir şeyi milçəkdən geri almağa qadir olmayan, ibadət edilən bütlər də acizdır və aldığını geri qaytarılmasını istənilən milçək də.

Oxuyucuda aç - Surəni tam oxu