Surə 22 · Cüz 17
Al-Hajj · 22:72
وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ تَعْرِفُ فِي وُجُوهِ الَّذِينَ كَفَرُوا الْمُنْكَرَ ۖ يَكَادُونَ يَسْطُونَ بِالَّذِينَ يَتْلُونَ عَلَيْهِمْ آيَاتِنَا ۗ قُلْ أَفَأُنَبِّئُكُمْ بِشَرٍّ مِنْ ذَٰلِكُمُ ۗ النَّارُ وَعَدَهَا اللَّهُ الَّذِينَ كَفَرُوا ۖ وَبِئْسَ الْمَصِيرُ
72. Kafirlərə açıq-aydın ayələrimiz oxunduqda sən onların üzündə nifrət görərsən. Onlar az qalırlar ki, ayələrimizi onlara oxuyanların üstünə cumsunlar. De: “Sizə bundan daha pisini xəbər verimmi? Bu, Cəhənnəmdir! Allah onu kafirlərə vəd etmişdir. Ora nə pis qayıdış yeridir!”
Təfsir
Kafirlərə Qurandan açıq-aydın ayələrimiz oxunduqda sən onların üzündə Quran ayələrini eşitdiklərinə görə nifrət hissi görərsən. Qəlblərindəki qəzəbin şiddətindən dolayı az qalırlar ki, ayələrimizi onlara oxuyanların üstünə cumsunlar. Ey Peyğəmbər! Onlara belə de: "Sizə qəlbinizdə olan qəzəbdən və üz-gözünüzdə olan nifrət hissindən də daha şərlisini xəbər verimmi? Bu, Allahın, kafirlərin girəcəyinə dair vəd etdiyi Cəhənnəmdir. Onların varid olacaqları yer necə də pis bir yerdir!"