Surə 22 · Cüz 17
Al-Hajj · 22:71
وَيَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ سُلْطَانًا وَمَا لَيْسَ لَهُمْ بِهِ عِلْمٌ ۗ وَمَا لِلظَّالِمِينَ مِنْ نَصِيرٍ
71. Onlar Allahı qoyub, haqqında heç bir dəlil nazil edilməyən və üstəlik özlərinin də bilmədikləri bir şeyə ibadət edirlər. Zalımlara kömək edən olmaz.
Təfsir
Müşriklər, Allahın Quranda onlara ibadət ediləcəyinə dair heç bir dəlil nazil etmədiyi Allahdan qeyri bütlərə tapınırlar. Onların bu barədə heç bir elmi dəlili yoxdur. Onların bu işdə tək dəlilləri, ata-babalarına kor-koranə təqlid etmələridir. Zalımlar üçün Allahın əzabından onları qoruyacaq bir yardımçıları yoxdur.