Surə 22 · Cüz 17

Al-Hajj · 22:66

وَهُوَ الَّذِي أَحْيَاكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ۗ إِنَّ الْإِنْسَانَ لَكَفُورٌ

66. Sizə həyat verən, sonra öldürə­cək, daha sonra diril­də­cək məhz Odur. İnsan, hə­qi­qə­tən də, nankordur.

Təfsir

Sizi yoxdan var edərək həyat verən uca Allahdır. Sonra O, ömrünüz tükəndikdə sizi öldürə­cək, daha sonra etdiyiniz əməlləri hesaba çəkmək üçün sizi yenidən diril­də­cək və hər bir kəsə layiq olduğu əvəzi verəcəkdir. Şübhəsiz ki, insan, Allahın ona bəxş etdiyi nemətlərin çoxluğuna rəğmən, Allahdan başqasına ibadət edərək Rəbbinə qarşı çox nankordur.

Oxuyucuda aç - Surəni tam oxu