Surə 22 · Cüz 17

Al-Hajj · 22:67

لِكُلِّ أُمَّةٍ جَعَلْنَا مَنْسَكًا هُمْ نَاسِكُوهُ ۖ فَلَا يُنَازِعُنَّكَ فِي الْأَمْرِ ۚ وَادْعُ إِلَىٰ رَبِّكَ ۖ إِنَّكَ لَعَلَىٰ هُدًى مُسْتَقِيمٍ

67. Biz hər ümmət üçün onun yerinə yetirə biləcəyi bir şəriət mü­əyyən etdik. Qoy on­lar bu işdə səninlə höcətləşmə­sinlər. Sən on­ları Rəbbinə iba­dət etmə­yə dəvət et. Həqiqətən, sən ən doğru bir yol­da­san.

Təfsir

Biz hər ümmət üçün bir şəriət təyin etdik. Onlar bu şəriətə əsasən əməl edərlər. Ey Peyğəmbər! Qoy müşriklər və başqa dinlərə mənsub olanlar din və ya şəriət barəsində səninlə münaqişə etməsinlər. Çünki sən haqqa onlardan daha yaxınsan. Onlar isə batil əhlidir. Elə isə sən, insanları ixlasla tək Allaha ibadət etməyə dəvət et. Həqiqətən, sən heç bir əyriliyi olmayan ən doğru bir dindəsən.

Oxuyucuda aç - Surəni tam oxu