Surə 22 · Cüz 17

Al-Hajj · 22:65

أَلَمْ تَرَ أَنَّ اللَّهَ سَخَّرَ لَكُمْ مَا فِي الْأَرْضِ وَالْفُلْكَ تَجْرِي فِي الْبَحْرِ بِأَمْرِهِ وَيُمْسِكُ السَّمَاءَ أَنْ تَقَعَ عَلَى الْأَرْضِ إِلَّا بِإِذْنِهِ ۗ إِنَّ اللَّهَ بِالنَّاسِ لَرَءُوفٌ رَحِيمٌ

65. Məgər Allahın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram et­di­yi­ni görmürsənmi? Göyü də Öz izni ol­ma­dan yerə düşməsin deyə O tu­tub saxlayır. Həqi­qətən, Allah in­san­la­ra qarşı çox şəfqətli­dir, rəhmlidir.

Təfsir

Ey Peyğəmbər! Uca Allahın, faydalanmanız və ehtiyaclarınızı ödəməniz üçün yer üzündəki canlı və cansız əşyaları sənin və insanların xidmətinə buraxdığını görmürsənmi? Uca Allah, dənizdə Onun əmri ilə hərəkət edən və bir ölkədən başqa bir ölkəyə getmənizi asanlaşdıran gəmiləri sizin ixtiyarınıza buraxmışdır. Göyü də Onun izni ol­ma­dan yerə düşməsin deyə O tu­tub saxlayır. Əgər Allah ona yerə düşməyə izin versəydi, o, həmən yerə düşərdi. Həqi­qətən, Allah in­san­la­ra qarşı çox şəfqətli­dir, rəhmlidir. İnsanların etdikləri günahların çoxluğuna rəğmət, Uca Allah yenə də bu şeyləri onların ixtiyarına buraxmışdır.

Oxuyucuda aç - Surəni tam oxu