Surə 22 · Cüz 17
Al-Hajj · 22:53
لِيَجْعَلَ مَا يُلْقِي الشَّيْطَانُ فِتْنَةً لِلَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ وَالْقَاسِيَةِ قُلُوبُهُمْ ۗ وَإِنَّ الظَّالِمِينَ لَفِي شِقَاقٍ بَعِيدٍ
53. Belə edər ki, şeytanın gizli təlqini qəlbində xəstəlik olanlar və qəlbi sərt olan insanlar üçün bır sınaq vasitəsinə çevrilsin. Həqiqətən, zalımlar uzaq bir ayrılıq içindədirlər.
Təfsir
Uca Allah, şeytanın peyğəmbərə vəsvəsə edərək ona gizli təlqin etməsini, yalnız münafiqləri və qəlbləri daşlaşmış müşrikləri sınağa çəkmək üçün edər. Həqiqətən, münafiqlər və müşriklər Allaha və Onun elçisinə qarşı düşmənçilik bəsləyən, haqqdan və doğru yoldan aşıq-aydın uzaq olan kimsələrdir.