Surə 22 · Cüz 17

Al-Hajj · 22:52

وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ مِنْ رَسُولٍ وَلَا نَبِيٍّ إِلَّا إِذَا تَمَنَّىٰ أَلْقَى الشَّيْطَانُ فِي أُمْنِيَّتِهِ فَيَنْسَخُ اللَّهُ مَا يُلْقِي الشَّيْطَانُ ثُمَّ يُحْكِمُ اللَّهُ آيَاتِهِ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ

52. Biz səndən əvvəl elə bir elçi, elə bir peyğəmbər gön­dər­mə­mi­şik ki, o, ayə­­lərimizi oxu­maq istədikdə şeytan onun oxu­duğuna giz­licə vəsvəsə ver­mə­sin. La­kin Allah şeytanın giz­licə təlqin etdi­yi­ni yoxa çıxa­rar. Sonra da Allah Öz ayə­lə­rini möhkəmlədər. Allah hər şeyi bi­lən­dir, hikmət sahibidir.

Təfsir

Ey Peyğəmbər! Səndən öncə göndərilən hər bir elçi və hər bir peyğəmbər Allahın kitabından oxumaq istədiyi zaman, şeytan insanları çaşdırmaq üçün onun oxu­duğuna giz­licə vəsvəsə ver­mişdir. La­kin Allah şeytanın giz­licə təlqin etdi­yi­ni yoxa çıxarmış və Öz ayələrini şeytanın müdaxilə edərək dəyişməsindən sabit saxlamışdır. Allah hər şeyi bi­lən­dir. Ona heç bir şey gizli qalmaz. O, yaratmaq, hər şeyin müqəddəratını müəyyən etmək və işləri idarə etmək xüsusunda hikmət sahibidir.

Oxuyucuda aç - Surəni tam oxu