Surə 22 · Cüz 17

Al-Hajj · 22:54

وَلِيَعْلَمَ الَّذِينَ أُوتُوا الْعِلْمَ أَنَّهُ الْحَقُّ مِنْ رَبِّكَ فَيُؤْمِنُوا بِهِ فَتُخْبِتَ لَهُ قُلُوبُهُمْ ۗ وَإِنَّ اللَّهَ لَهَادِ الَّذِينَ آمَنُوا إِلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ

54. Qoy elm verilən kəslər, bu Ki­ta­bın Rəbbin tərəfindən gön­də­ril­miş həqi­qət olduğunu bilsinlər ki, ona inan­sın­lar və qəlbləri ona bağ­lansın. Şübhə­siz ki, Allah iman gətirənləri doğru yola yönəl­dər.

Təfsir

Ey Peyğəmbər! Eyni zaman Uca Allah bunu, özlərinə elm verilmiş kimsələrin Muhəmmədə (sallallahu aleyhi və səlləm) nazil edilən Quranın həqiqətən də Allah tərəfindən haqq olaraq nazil edilən bir kitab olduğuna yəqin olmaları və qəlblərində Allaha olan imanlarının, təqva və itaətlərinin bir daha da artması üçün etmişdir. Şübhə­siz ki, uca Allah Ona iman gətirənləri, etdikləri itaətə görə heç bir əyriliyi olmayan doğru yola yönəl­dər.

Oxuyucuda aç - Surəni tam oxu