Surə 22 · Cüz 17

Al-Hajj · 22:47

وَيَسْتَعْجِلُونَكَ بِالْعَذَابِ وَلَنْ يُخْلِفَ اللَّهُ وَعْدَهُ ۚ وَإِنَّ يَوْمًا عِنْدَ رَبِّكَ كَأَلْفِ سَنَةٍ مِمَّا تَعُدُّونَ

47. Onlar səndən əzabın tez gəl­məsi­ni istəyirlər. Allah Öz və­di­nə əs­la xilaf çıxmaz. Rəb­bi­nin yanında olan bir gün sizin say­dı­ğı­nı­zın min ili kimidir!

Təfsir

Ey Peyğəmbər! Qövmündən kafir olanlar səndən, qorxudulduqları əzabın dünyada və axirətdə özlərinə tez bir zamanda gəl­məsi­ni istəyirlər. Uca Allah onlara verdiyi və­di­ndən əs­la geri dönməz. Kafirlərə bu dünyada verilən əzabın bir növü də, Bədr günü onların başına gələn müsibətdir. Axirətin bir günü içərisindəki dəhşətli əzabdan dolayı, dünyada hesabladığınız vaxtın min ili kimidir!

Oxuyucuda aç - Surəni tam oxu