Surə 22 · Cüz 17

Al-Hajj · 22:48

وَكَأَيِّنْ مِنْ قَرْيَةٍ أَمْلَيْتُ لَهَا وَهِيَ ظَالِمَةٌ ثُمَّ أَخَذْتُهَا وَإِلَيَّ الْمَصِيرُ

48. Neçə-neçə şəhərə, əha­­li­si zülm edərkən möhlət ver­dim, son­ra onları əzab­la yaxa­la­dım. Dönüş də ancaq Mə­nədir!

Təfsir

Küfr əməllərindən dolayı özlərinə zülm edərək zalım olan neçə-neçə məmləkət əhlinə, etdikləri günahlarda davam etsinlər deyə və onları gəfildən əzabımızla yaxalamağımız üçün onlara həmən əzab göndərməyib bir az möhlət ver­dim, son­ra da onları gözləmədikləri bir halda dəhşətli əzab­la yaxa­la­dım. Qiyamət günü onların dönüşü yalnız Mə­nədir! Mən onları dünyada ikən etdikləri küfrlərə görə əbədi bir əzabla cəzalandıracağam.

Oxuyucuda aç - Surəni tam oxu