Surə 22 · Cüz 17

Al-Hajj · 22:46

أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَتَكُونَ لَهُمْ قُلُوبٌ يَعْقِلُونَ بِهَا أَوْ آذَانٌ يَسْمَعُونَ بِهَا ۖ فَإِنَّهَا لَا تَعْمَى الْأَبْصَارُ وَلَٰكِنْ تَعْمَى الْقُلُوبُ الَّتِي فِي الصُّدُورِ

46. Məgər onlar yer üzündə gəzib dolaşaraq zalım­ların aqi­bəti­ni qəl­bləri ilə dü­şü­nüb, qulaqları ilə eşit­mirlər? Axı əslində gözlər deyil, köks­lərdəki qəlb kor olur.

Təfsir

Məgər Peyğəmbərin (sallallahu aleyhi və səlləm) gətirdiyi dini yalan sayan kimsələr, həlak edilmiş məmləkətlərin əlamətlərinə öz gözləri ilə şahid olmaq üçün yer üzündə gəzib dolaşaraq onların başına gələnlərdən düşünüb ibrət almazlarmı?! Həqiqi kor, heç də gözləri kor olan kimsə deyildir. Əksinə, həqiqi kor, insanı həlaka sürükləyən, qəlblərdə olan bəsirət gözünün kor olmasıdır. Belə olan bir kimsə nə nəsihət qəbul edər, nə də ki, öyüd-nəsihətdən ibrət alar.

Oxuyucuda aç - Surəni tam oxu