Surə 22 · Cüz 17
Al-Hajj · 22:45
فَكَأَيِّنْ مِنْ قَرْيَةٍ أَهْلَكْنَاهَا وَهِيَ ظَالِمَةٌ فَهِيَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا وَبِئْرٍ مُعَطَّلَةٍ وَقَصْرٍ مَشِيدٍ
45. Neçə-neçə şəhər olmuşdur ki, əhalisi zülm edərkən Biz onları məhv etdik. İndi onlar özülünə qədər uçulmuşdur. Neçə-neçə tərk edilmiş quyu və neçə-neçə boş qalmış qəsr də vardır.
Təfsir
Biz, əhalisi küfr içində yaşayan və zalım olan bir çox məmləkətləri məhv etdik. Beləcə onların yaşadıqları yurdları, içində sakinləri olmayan xarabalığa, neçə-neçə su quyuları boş və quru quyulara çevrilmiş və Allahın əzabından qoruya bilməyən neçə-neçə hündür və bərbəzəkli qəsrləri boş qalmışdı.