Surə 22 · Cüz 17

Al-Hajj · 22:44

وَأَصْحَابُ مَدْيَنَ ۖ وَكُذِّبَ مُوسَىٰ فَأَمْلَيْتُ لِلْكَافِرِينَ ثُمَّ أَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ نَكِيرِ

44. Mədyən əhli də elçi­ləri ya­lançı say­mışdı. Musa da ya­lan­çı sa­yıl­mışdı. Mən kafir­lərə möh­lət verdim, sonra on­ları əzabla ya­xa­la­dım. Mənim onları in­kar etməyimin necə olduğunu bir gö­rəydin!

Təfsir

Mədyən əhalisi də Şueyb peyğəmbəri ya­lançı say­mışdı. Firon və onun camaatı da Musanı ya­lan­çı sa­ydı. Mən, göndərilən peyğəmbərləri yalan sayan qövmlərin azğınlıqlarında davam etmələri üçün onlara əzab verməyə tələsmədim. Sonra isə on­ları gözləmədikləri bir halda, qəfildən şiddətli bir əzabla ya­xa­la­dım. Mənim onları necə cəzalandırdığımı bir düşün. Mən onları, etdikləri küfr və günahlardan dolayı məhv etdim.

Oxuyucuda aç - Surəni tam oxu